Bu günə qədər bəlkə də heç eşitmədiyiniz 14 maraqlı məlumat

 

 

 

Yumurtanın qabığının üstündə 7 000 İlə 17 000 ədəd arasında məsamə olur.
Bu məsamələr səbəbİ İlə, əgər yumurta uzun müddət saxlanılarsa onda çəkİsİ azalar.
Çünki vaxt ərzində məsamələrdən su və bir sıra digər maddələr çıxır.
Yumurtaları sürətli istilik dəyişməsindən qorumaq üçün qəti surətdə soyucunun qapaq hissəsində saxlamamağınız məsləhətdir.
Yumurta necə saxlanılır?
Yumurtanın həcmi toyuğun yaşından asılı olarak artır.
Başqa bir sözlə, yaşlı toyuqların yumurtaları gənc toyuqların yumurtalarından daha böyük olur.
Yumurtanın sarısının rəngi, toyuğun yediyi yemə görə dəyişir.
Qırdığınız bir yumurta daha çox sarı, bir başqası isə çox açıq sarı ola bilər. Bu, yumurtanın keyfiyyətini göstərmir, sadəcə toyuqların müxtəlif yemlər yediklərini göstərir.
Yumurtanın içindəki ağ iplik, yumurtanın sarısının bütöv vəziyyətində, yumurtanın mərkəzində qalmasını təmin edir.
Sağlam bir toyuq il ərzində ortalama 250-270 ədəd yumurta verir.
Dünyadakı yumurta istehsalının  40 %-ni illik 30 milyon ton yumurta istehsalı ilə Çin təmin eder.
Guinness Rekordlar Kitabına görə dünyanın ən ağır toyuq yumurtasının çəkisi tam olarak 454 qramdır və bu yumurta cüt sarılı çıxdı.
Ameraucana irqindən gələn toyuqların yumurtaları mavidir.
Mavi yumurtlayan toyuqlarla kəhvə rəngli yumurtlayanların cütləşdirilməsi yolu ilə yaşıl yumurtlayan toyuqlar da vardır.
Qaynadılmış yumurtanın qabığı asan soyulursa bu, yumurtanın bayat olduğunun əlamətidir.
Yumurtanı əlinizdən salıb qırarsınızsa, düşdüyü yerdən asan təmizləmək üçün üstünə duz tökə bilərsiniz.
Ən maraqlısı: «Yeni dünya»nı təsvir edən ən qədim əl işi, 1504-cü ildə dəvə quşu yumurtasına çəkilmiş bu xəritədir.

 

Facebook