Niyə bizi seçirlər

Niyə bizi seçirlər?

BioFood olaraq fəaliyyətimizin əsasını ekoloji məsuliyyət, yüksək keyfiyyət, müştəri məmnuniyyəti və istehsalda şəffaflıq prinsipləri təşkil edir. Məqsədimiz istehlakçılara təbiətin bəxş etdiyi nemətləri qoruyaraq, sağlam və keyfiyyətli məhsullar təqdim etməkdir.

1. Ekoloji məsuliyyət

Heyvandarlıqdan meyvə və tərəvəzlərin yetişdirilməsinədək istehsalın bütün mərhələlərində ekoloji təmizlik prinsiplərinə ciddi riayət edirik. Ətraf mühitin qorunmasına və istehlakçıların sağlamlığına xüsusi önəm veririk.

2. Yüksək keyfiyyət

Məhsullarımızın keyfiyyətini təmin etmək məqsədilə istehsal prosesinin hər bir mərhələsinə nəzarət edirik. Məhsullarımızın müəyyən edilmiş keyfiyyət tələblərinə və yüksək standartlara uyğunluğunu təmin etmək üçün ciddi keyfiyyətə nəzarət tədbirləri həyata keçiririk.

3. Müştəri məmnuniyyəti

Hər bir müştərimizi yüksək qiymətləndirir, onların ehtiyac və gözləntilərinə uyğun məhsullar təqdim etməyə çalışırıq. Mütəxəssislərimiz suallarınızı cavablandırmağa, məhsullarımız haqqında ətraflı məlumat verməyə və düzgün seçim etməyinizə kömək göstərməyə daim hazırdır.

4. İstehsalda şəffaflıq

Müştərilərimizlə açıq və etibarlı münasibətlərin qurulmasına xüsusi əhəmiyyət veririk. Yetişdirmədən qablaşdırmaya qədər istehsal prosesinin bütün mərhələlərini nümayiş etdirməyə hazırıq. Müştərilərimiz təsərrüfatlarımızı və istixanalarımızı ziyarət edərək məhsullarımızın necə yetişdirildiyi ilə yaxından tanış ola bilərlər.

5. Təravət və təbiilik

Təsərrüfatlarımızda yetişdirilən təzə məhsulların birbaşa fermadan istehlakçıların süfrəsinə çatdırılmasını təmin edirik. Məhsullarımızın yetişdirilməsində kimyəvi gübrələrdən və pestisidlərdən istifadə edilmədiyini bəyan edərək onların təbiiliyinə və təhlükəsizliyinə xüsusi önəm veririk.