Bioməhsul anlayışı da digər aldatma variantıdır. Bu elə orqanik məhsulların adlandırılmasıdır. Amma bunu demək olar ki, kim hara istəyir yazır. Buna da çox etibar etmək lazım deyil. Biz almasaq “ticarətçilər” də belə yalanlara getməzlər.
Sonda onu da qeyd edək ki, orqanik məhsulların populyarlığı daha da artacaq. İnsanların intellekti və imkanları artdıqca təmiz qidalanmaya tələb də artacaq. Təsəvvür edin, dünya əhalisinin 12%-nin parçaların rənglənməsində istifadə olunan maddələrə allergiyası var. Sənayedə kimyəvi maddələrin 25%-i pambıq istehsalında istifadə olunur. Sintetik parçalar isə təbiətə daha çox zərər verir. Orqanik məhsullar (qida, geyim və s) bahalı olsa da bizə və ekoogiyaya zərərli olmur, istifadə edənlər isə həkimə daha az müraciət edirlər.